Azərbaycan millisi növbəti oyununu oktyabrın 1-də Bakıda Lixtenşteynə qarşı keçirəcək. Yığmamızın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb Lixtenşteynlə matçdan gözləntilərini soruşduq. Onun Fanat.Az -a açıqlaması belə oldu: "Oyundan öncə də qeyd etmişdim ki, rəqibimiz ən azı bizimlə bir səviyyədədir və eyni potensiala malik iki komanda qarşılaşır. İlk görüş də onu göstərdi ki, hər iki komanda zaman-zaman oyunun müəyyən hissələrində üstünlük əldə edə bilirdi. İlk hissəni ümumilikdə götürsək, litvalıların aktivinə yazmaq olar. Həm ilk 15 dəqiqəyə yaxşı başladılar, həm də oyunçularımızda olan məsuliyyət və təzyiq bir qədər onların konsentrasiyasına təsir etmişdi. Nəticədə, tez-tez yersiz top itkilərinə yol verdik və son həddə bu penaltiyə səbəb oldu. Yaxşı tərəf o idi ki, hissənin sonuna yaxın artıq toparlanmağı bacardıq. Yavaş-yavaş meydanın mərkəzini ələ keçirməyə çalışırdıq və qol vurduq. Amma yenə də deyirəm, oyun elə gedirdi ki, bəlli intervallarda rəqib üstün görünürdü. Meydanın mərkəzində kombinasiyalı futbol sərgiləyir, cinahlardan hücumlar qururdular. Matçın müəyyən bir hissəsində isə biz pressinq edərək onların oynamasına imkan vermir və Litva seşməsini daha çox uzun ötürmələrlə oynamağa məcbur edirdik. Beləliklə, üstünlük tərəzisi gah o tərəfə, gah da bu tərəfə əyilirdi. Amma ikinci hissənin böyük faizini daha yaxşı oynadıq və effektiv hücumlarımız alındı. Xüsusilə, Rüfət Abdullazadə meydana çıxandan sonra onun driblinqindən istifadə edib qol imkanı yaratdıq. Lakin bu imkanları reallaşdırmaq baxımından əziyyət çəkirik. Belə oyunlarda bu cür epizodları qola çevirməyə məcburuq. Ümumi götürsək, rəqib meydanında qazandığımız bir xaldan sonra əminəm ki, cavab oyununda onları məğlub edə bilərik. Azarkeşlər də bizə dəstək olar. Digər tərəfdən, rəqibin Azərbaycana gəlməli olması oyunçulara istər-istəməz təsir göstərəcək. Təbii ki, təyyarə ilə 2-3 saata bura gəlib çıxmaqları xırda detaldır və böyük təsiri yoxdur, amma bütün bunlar cavab oyununda vacib olacaq. Məncə, rəqibdən üç xal almağı bacaracağıq. İstər səfərdə, istərsə də evdə oynayaq, Lixtenşteynlə matçda artıq üç xal qazanmalıyıq. Bunun üçün bütün potensialımız var. Mənim qorxum o idi ki, Litva ilə matçda məğlub olsaydıq, Lixtenşteynlə görüşə köklənmək baxımından problemlər yaşaya bilərdik və bizə çətin olardı. Lakin ən azı məğlub olmamışıq. Mənə elə gəlir ki, oyunun ikinci hissəsində litvalıları üstələdik. Fiziki baxımdan onlarda artıq yorğunluq görünürdü və demək olar ki, topu hara gəldi vururdular. Bu nəticə futbolçularımızda bir qədər də inam yarada bilər ki, bu turnirin qalibi olaq, qrupda birinci yeri tutaq. Lixtenşteynlə evdə oynayacağıq, dominant futbol sərgiləməli və topa daha çox sahib olmalıyıq. Lakin onların da əks-hücum etmək şansları yüksək olacaq. Bunlara hazır olmalıyıq. Məncə, Ayxan Abbasov da artıq lazımi tədbirləri görüb. Əminəm ki, Lixtenşteynə qol və ya qollar vuracağıq". Əlisahib İbrahimli
"Lixtenşteynin əks-hücum etmək şansı yüksək olacaq" - Aslan Kərimov
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev