Dünən Azərbaycan və Lixteynşteyn milliləri qarşılaşıb. Tərəflər arasında görüş 0:0 hesabı ilə başa çatıb. Yığmamızın sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb matç barədə nə düşündüyünü soruşduq. Onun Fanat.Az -a açıqlaması belə olub: "Çox təəssüfləndirici bir hal oldu. Evdə Lixtenşteynlə 0:0 oynamaq milli komanda olaraq planlarımıza sığmırdı. Çünki əsas rəqiblərimizdən biri Litva sayılır və onlarla oyundan qabaq maksimum xal toplamaq lazım idi. Amma təəssüf ki, alınmadı. Oyun baxımından yanaşsaq, bir daha aydın oldu ki, biz hələ "bir nömrə" kimi oynamağa alışmamışıq. Çünki adətən daha güclü rəqiblərə qarşı müdafiə futbolu göstəririk. Matçda rəqibin sıx və kompakt müdafiəsini yarmaq tələb olunurdu ki, burada da çətinliklərlə üzləşdik. Müəyyən epizodlarımız olsa da, onlardan istifadə edə bilmədik. Bu baxımdan düşünürəm ki, vacib iki xal itirdik. Çünki qarşıda bizi Litva ilə matç gözləyir. Şanslarımız var. Qrupda birinci yeri tutmaq üçün qalan iki oyunda qalib gəlmək vacibdir. Analiz edib düzgün nəticə çıxarmaq və qalan matçlarda qələbə qazanmaq lazımdır. Məncə, növbəti Litva oyunu həlledici olacaq". Əlisahib İbrahimli
"Litva ilə oyun həlledici olacaq" - Arif Əsədov
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev