“Turan Tovuz”dan rekord

“Turan Tovuz”dan rekord

“Turan Tovuz” Misli Premyer Liqası tarixində ilk dəfə səfərdə 4 qol vurub. 

Fanat.Az xəbər verir ki, bu, X turun “Sumqayıt”la matçına təsadüf edib. 

Kurban Berdıyevin komandası rəqib meydanında 4:2 hesabı ilə qalib gəlib.

Premyer Liqada 3-cü mövsümünü keçirən Tovuz təmsilçisi bunadək səfərdə keçirdiyi 5 görüşdə üç qol vurub. Həmin rekord Sumqayıtda yenilənib.

“Turan Tovuz” tarixində 3-cü dəfə Premyer Liqa görüşündə 4 qol vurub. Əvvəlki iki belə matç evdə baş tutub. Qərb təmsilçisi 2022/23 mövsümündə “Neftçi”ni, ötən çempionatda “Kəpəz”i 4:0 hesabı ilə məğlub edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər