“Barselona” Yakub Kivioru izləyir

“Barselona” Yakub Kivioru izləyir

İspaniyanın “Barselona” klubu yay transfer dönəmində müdafiə xəttini gücləndirmək istəyir.

Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisinin diqqət mərkəzində isə hazırda “Arsenal”ın müdafiəçisi Yakub Kivior var. Məlumata görə, “Barselona” skautları polşalı futbolçunun çıxışlarını yaxından izləyirlər.

Kiviorun hava toplarındakı üstünlüyü və oyunu geridən qurmaq bacarığı klubun texniki heyəti tərəfindən yüksək qiymətləndirilir.

Hazırda tərəflər arasında rəsmi təklif olmasa da, yay aylarında danışıqların başlanacağı ehtimal edilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər