“Araz-Naxçıvan”ı bu şirkət geyindirəcək - "Diadora"dan imtina edildi

“Araz-Naxçıvan”ı bu şirkət geyindirəcək - "Diadora"dan imtina edildi

Misli Premyer Liqasının yeni mövsümündə “Araz-Naxçıvan” “Hummel”in forma və geyim dəstlərindən istifadə edəcək. 

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Danimarka şirkəti ilə müqavilə imzalanıb. Şirkətin komanda üçün istehsal edəcəyi məhsullar yaxın günlərdə təqdim ediləcək. Klubun oyun formaları yenə qırmızı və ağ rəngdə olacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” ötən mövsüm “Diadora” şirkətinin istehsal etdiyin geyim dəstlərindən istifadə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər