“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üçün ümumilikdə 104 620 bilet satılıb. Fanat.Az xəbər verir ki, klub bilet satışı ilkin gözləntiləri və planlaşdırılan tempi xeyli üstələdiyini bildirib. Bu göstərici azarkeşlərin Çempionlar Liqasının Bakıda keçiriləcək oyunlarına böyük marağını göstərir. Dəstəyə görə bütün azarkeşlərə təşəkkür edirik. Klubun məqsədlərindən biri “Sabah” azarkeşlərinə və digər futbolsevərlərə bu oyunları stadiondan izləmək imkanı yaratmaqdır. Hazırkı qiymətlər daha çox insanın oyunlara qatıla bilməsi nəzərə alınaraq münasib səviyyədə müəyyən edilib. Bilet alan azarkeşlər dörd ev oyununun hər biri üçün yerlərini əvvəlcədən təmin edirlər. Bilet satışından əldə olunan gəlirin 25 faizi “Sabah Futbol Akademiyası Gələcəyin istedadları” proqramına yönəldiləcək. Bu vəsait uşaq və gənclər futbolunun inkişafına sərf olunacaq. Çempionlar Liqası oyunları çərçivəsində kommersiya və sponsorluq əməkdaşlığı imkanları da mövcuddur. “Sabah”ın bu tarixi mərhələsinə tərəfdaş kimi qoşulmaq istəyən şirkətləri klubumuzla əlaqə saxlamağa dəvət edirik. Bilet satışı davam edir. Satışla bağlı yeniliklər klubun rəsmi kanallarında paylaşılacaq.
ÇL: "Sabah"ın "Barselona", "Napoli", "Borussiya" və "Slaviya" ilə oyunlarına bilet satışı 100 mini ötdü
TREND
Tv Afişa
09:00
22.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Milli
00:37
20.11.2026
"Bursaspor" Toralı niyə göndərmək istəmir? - Səbəb bəlli oldu
Milli
23:58
23.11.2026
"Ərzurumspor"da Nəriman qərarı - Yanvarda yollar ayrılır?
Azərbaycan futbolu
23:26
20.11.2026
Valdas Dambrauskas darmadağını belə şərh etdi
Oxşar xəbərlər
Azərbaycan futbolu
17:46
24.11.2026
Saliba "Sabah"a qarşı oynamayacaq
Azərbaycan futbolu
16:51
24.11.2026
Yusif Nəbiyev turun mərkəzi qarşılaşmasında komandasına kömək edəcəkmi? - Açıqlandı
Azərbaycan futbolu
16:33
24.11.2026
Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə məşqçi kursuna start verildi
Azərbaycan futbolu
16:14
24.11.2026
"Meydana qalib gəlmək üçün çıxacağıq, maksimum dərəcədə mübarizə aparacağıq" - Rakif Əliyev