ÇL: "Araz-Naxçıvan" mübarizəyə başlayır

ÇL: "Araz-Naxçıvan" mübarizəyə başlayır

Bu gün "Araz-Naxçıvan" komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə başlayacaq.

Fanat.Az xəbər verir ki, H qrupunda yer alan Vitali Borisovun baş məşqçisi olduğu kollektiv ilk görüşdə Şimali İrlandiya təmsilçisi “Sparta Belfast” ilə üz-üzə gələcək.

İsveçin Uddevalla şəhərində gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" sabah Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə yüksələcəklər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər