ÇL: "Qarabağ"ın 9 potensial rəqibi müəyyənləşdi

ÇL: "Qarabağ"ın 9 potensial rəqibi müəyyənləşdi

Ölkəmizi Çempionlar Liqasında (ÇL) təmsil edəcək “Qarabağ”ın qitənin ən nüfuzlu klub turnirindəki potensial rəqiblərindən 9-nun adı bəlli olub. Onlara ilkin mərhələnin qalibi qoşulacaq.

Fanat.Az xəbər verir ki, mübarizəyə I təsnifat mərhələsindən başlayacaq Ağdam klubu səpələnmişlər səbətində yer alacaq.

Ümumilikdə ÇL-in ilkin mərhələsində və I təsnifat mərhələsində yarışacaq 25 komanda müəyyənləşib. Onların üçü mübarizəyə ilkin mərhələdən başlayacaq. Monteneqro çempionu da bu komandalara qoşulacaq və siyahı tamamlanacaq.

I təsnifat mərhələsində isə 22 kollektivin iştirakı dəqiqləşib. Onlardan 10-u güclülərin yer aldığı səpələnmişlər səbətinə düşüb.  Ağdam klubu reytinqinə görə yalnız Macarıstan “Ferentsvaroş”undan geri qalır və səpələnmişlər səbətinin ikincisidir. “Köhlən atlar” mərhələ keçəcəyi təqdirdə yenidən güclülər sırasında yer alacaqlar.

Daha üç komandanın səbəti hələlik müəyyənləşməyib.

Çempionlar Liqası

İlkin mərhələ

Səpələnmişlər: “Breydablik” (İslandiya), Monteneqro çempionu

Səpələnməmişlər: “Tre Penne” (San-Marino), “Atletik d'Ekaldes” (Andorra)

I təsnifat mərhələsi

Səpələnmişlər: “Ferentsvaroş” (Macarıstan), “Qarabağ” (Azərbaycan), “Slovan” (Bratislava, Slovakiya), BATE (Belarus), “Astana” (Qazaxıstan), “Jalgiris” (Litva), HİK (Finlandiya), “Flora” (Estoniya), “Şemrok Rovers” (İrlandiya), TNS (Uels)

Səpələnməmişlər: “Klaksvik” (Farer adaları), “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakov” (Polşa), “Haken” (İsveç), “Valmieras” (Latviya), “Larne” (Şimali İrlandiya), “Hamrun” (Malta), “Svift Esperanj” (Lüksemburq) “Struqa” (Şimali Makedoniya)

Qeyri-müəyyənlər: “Olimpiya” (Sloveniya), “Jrinski” (Bosniya və Herseqovina), “Linkoln” (Cəbəllütariq)  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər