Komandası xal itirdi, Toral Bayramov isə...

Komandası xal itirdi, Toral Bayramov isə...

Türkiyə 1-ci Liqasında 7-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, "Bursaspor" doğma azarkeşləri önündə "Esenler Erokspor"u qəbul edib.

Qolların arxa-arxaya vurulduğu gərgin qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

Azərbaycan milli komandasının futbolçusu Toral Bayramov qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb.

O, matçın 63-cü dəqiqəsində Barış Gökün əvəzinə meydana daxil olaraq komandasının hücumlarına canlılıq gətirməyə çalışıb.

Qeyd edək ki, Bursa təmsilçisi 16 xalla turnir cədvəlinə liderlik edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər