Fransanın "Nant" klubu sahibini dəyişməyə yaxındır. Fanat.Az xəbər verir ki, informasiyanı AFP yayıb. Mənbənin məlumatına görə, məşhur klubun satılması ilə bağlı prinsipial razılıq əldə edilib. 2007-ci ildən bəri klubun sahibi olan Valdemar Kita bu ayın əvvəlində üç təklif aldığını təsdiqləyib. Potensial alıcılardan biri ilə danışıqlar son mərhələdədir. Kita 19 il əvvəl "Nant"ı 10 milyon avroya satın almışdı. 2026-cı ildə Liqa 2-yə düşən klub üçün isə tələb olunan hazırki qiymət isə 100 milyon avrodur. Alıcının kimliyi açıqlanmır; onlar "Avropa investorları" kimi təsvir olunur. Bununla belə, "Mançester Yunayted"in keçmiş yarımmüdafiəçisi, "İnter Mayami" klubunun həmtəsisçisi Devid Bekhemin "Nant" klubuna namizədlər arasında olduğu iddia edilir. Bekhemin adı Böyük Britaniya investisiya fondlarından iki təkliflə bağlı danışıqlarda hallanır, lakin onun klubun idarəetmə strukturundakı rolu hələ də bəlli deyil. "Nant" 7 oyundan sonra 7 xalla Liqa 2-nin turnir cədvəlində 15-ci yerdədir. Mirağa
Kita "su qiyməti"nə aldığı Fransa klubunu Bekhemə onqat baha satır
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev