"Kəpəz" "Turan Tovuz"dan ayrılan futbolçu ilə gücləndi

"Kəpəz" "Turan Tovuz"dan ayrılan futbolçu ilə gücləndi

"Kəpəz" klubu növbəti transferini reallaşdırıb. 

Fanat.Az xəbər verir ki, Gəncə klubu Ehtiram Şahverdiyevi heyətinə qatıb.

Bu barədə qərb təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

"Kəpəz" "Turan Tovuz"dan ayrılan futbolçu ilə gücləndi 26 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ehtiram Şahverdiyev ötən mövsüm "Turan Tovuz"un formasını geyinib. O, yayda tovuzlularla yeni anlaşma əldə etsə də, bir ay sonra müqaviləyə son verib. 

"Kəpəz" Ehtiramdan əvvəl Vurğun Hüseynov, Rüfət Əhmədov və Əli Səmədovun transferini açıqlayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər