Misli Premyer Liqasının XXIX turunda "Araz-Naxçıvan"ın qonağı olacaq "Kəpəz"in meydana neçə itki ilə çıxacağı bəlli olub.
Bunu Fanat.Az-a açıqlamasında Gəncə təmsilçisinin sözçüsü Azad Mustafayev deyib:
"Hazırda komanda tam heyətlə məşq edir. Zədəli oyunçumuz yoxdur. Şakir Seyidov vərəqə limiti dolduğu üçün "Araz-Naxçıvan"la oyunu buraxacaq".
Qeyd edək ki, aprelin 5-də "Liv Bona Dea Arena"da baş tutacaq "Araz-Naxçıvan" - "Kəpəz" qarşılaşması 20:00-da start götürəcək.
Nihat