"Qarabağ"ın sabiq futbolçusuna Çin klubundan təklif gəlib
"Qarabağ"ın sabiq futbolçusu Leroy Corc karyerasını Çində davam etdirə bilər. Fanat.Az xəbər verir ki, holland futbolçu "Şanxay Şenxua"nın maraq dairəsinə düşüb.
Çinlilər hazırda Türkiyənin "Göztəpə" klubunda top qovan 29 yaşlı yarımmüdafiəçi üçün yüksək məbləğ təklif edib. Təklif qəbul olunacağı təqdirdə, hollandiyalı oyunçu dünyanın ən çox qazanan (ilinə 42 milyon dollar) futbolçusu Karlos Tevez, Demba Ba, Obafemi Martins və Fredi Quarin kimi futbolçularla eyni komandada çıxış edəcək.
Qeyd edək ki, Leroy Corc 2013-2015-ci illərdə "Qarabağ"da çıxış edib (86 oyun, 23 qol)
Fanat.Az