"Fiorentina" ilə vacib oyuna çıxmağa hazırlaşan "Qarabağ" şad xəbər alıb. Fanat.Az xəbər verir ki, komandanın kapitanı Rəşad Sadıqov italyanlarla oyunda meydana çıxa biləcək.
Rəşad bir müddətdi zədədən əziyyət çəkirdi və bu səbəbdən oynamaq ehtimalı az idi. Dünən Qurban Qurbanov bildirmişdi ki, kapitan özü istəsə, meydana çıxacaq. Görünür bu vacib oyunda Rəşad komandaya kömək etmək qərarına gəlib.
Qeyd edək ki, "Qarabağ" - "Fiorentina" oyunu saat 20.00-da başlayacaq.
Fanat.Az