Kapitan komandadan ayrıldı, karyerasını başa vurdu

Kapitan komandadan ayrıldı, karyerasını başa vurdu

İkinci Liqa təmsilçisi "Marafon"da ayrılıq yaşanıb. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, komandanın kapitanı Hüseyn Axundov Sabirabad təmsilçisi ilə vidalaşıb.

38 yaşlı müdafiəçi karyerasını başa vurduğunu elan edib. O, bundan sonra məşqçiliyə başlamaq fikrindədir.

Qeyd edək ki, Hüseyn Axundov futbolçu karyerası ərzində “Bakı”, AZAL, MOİK, "Rəvan", "Şüvəlan", "Füzuli", "Baku Sportinq", "Xankəndi" kimi müxtəlif klubların heyətində forma geyinib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər