Kamilo Duran dayanmaq bilmir

Kamilo Duran dayanmaq bilmir

Şotlandiya Premyer Liqasının 3-cü turu çərçivəsində "Seltik" öz meydanında "Falkirk" klubunu qəbul edib.

Fanat.Az xəbər verir ki, yay transfer pəncərəsində "Qarabağ"dan Qlazqo təmsilçisinə keçən Kamilo Duran matçın baş qəhrəmanına çevrilib.

Kolumbiyalı hücumçu qarşılaşmanın 4-cü və 29-cu dəqiqələrində rəqib qapısına yol taparaq dubl müəllifi olub. Qonaqlar 72-ci dəqiqədə Kolbi Donovanın avtoqolu ilə fərqi minimuma endirsələr də, meydan sahibləri üstünlüyü elədən verməyiblər.

Bu vacib qələbə sayəsində xallarının sayını 9-a çatdıran "Seltik" turnir cədvəlində liderliyini sürdürür.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər