İtaliya polisi ilə “Qarabağ” azarkeşləri arasında - insident

İtaliya polisi ilə “Qarabağ” azarkeşləri arasında - insident

Bu gün Avropa Liqasnın II turu çərçivəsində keçirilən “Fiorentina” – “Qarabağ” matçında xoşagəlməz hal yaşanıb. Fanat.Az xəbər verir ki, İtaliyada hazırda davam edən matçda polislə Ağdam klubun azarkeşləri arasında qalmaqal olub.

 

Belə ki, görüşü ayaq üstə izləmək istəyən azərbaycanlı azarkeşlər üçün VİP sektorun yaxınlığında yer ayrılsa da, polis buna razılıq verməyib. Nəticədə tərəflər arasında mübahisə düşüb. Yekunda soydaşlarımız başqa sektora yerləşdiriliblər.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər