İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

İtaliyanın "Leççe" klubu yarımmüdafiəçisi Lamek Banda ilə bağlı FİFA-ya şikayət edib.

Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb.

Mənbənin məlumatına görə, tətildən sonra komandaya qayıda bilməyən zambiyalı futbolçu Liviyanın "Əs- Suehli" klubunun nümayəndələri ilə görüşüb. Sözügedən klub "Banda" ilə iki illik müqavilə imzalamaq üçün danışıqlar aparır.

25 yaşlı futbolçunun "Leççe" ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyun ayına qədərdir. İtaliya klubu müqavilənin birtərəfli uzadılması seçimindən istifadə edib. Banda mövsümöncəsi təlim-məşq toplanışında iştirak etməyib və bir neçə həftədir ki, "Leççe" nümayəndələrinə cavab vermir.

Leççe FİFA-ya, Afrika Futbol Konfederasiyasına və İtaliya, Zambiya və Liviya futbol federasiyalarına vəziyyət barədə məlumat verib. "Əl-Suehli" əvvəllər Banda üçün 1 milyon avrodan az təklif etmişdi, lakin italyanlar təklifi rədd etmişdilər.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər