İtaliya klubu baş məşqçisi ilə yollarını ayırdı

İtaliya klubu baş məşqçisi ilə yollarını ayırdı

“Fiorentina” baş məşqçisi Fabio Qrosso ilə əməkdaşlığa son qoyub.

Fanat.Az xəbər verir ki, informasiyanı klubun mətbuat xidməti yayıb.

İtaliya klubu 2026/27 mövsümündə uğursuz çıxış edən mütəxəssislə bağlı qərar qəbul edərək onu vəzifəsindən kənarlaşdırıb.

Florensiya təmsilçisi A Seriyasının ilk üç turunda meydanı xalsız tərk edib. Komanda bu görüşlərdə rəqib qapısına cəmi 1 dəfə yol tapa bilib, öz qapısında isə 9 qol görüb.

Xatırladaq ki, Fabio Qrosso “Fiorentina”nın baş məşqçisi postuna 2026-cı ilin iyununda təyin olunmuşdu. İtaliyalı çalışdırıcı ilə 2028-ci ilin yayına qədər qüvvədə olan müqavilə imzalanmışdı.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər