İspaniya nəhəngi Kanada futbolunun əfsanəsinin keçidini açıqladı

İspaniya nəhəngi Kanada futbolunun əfsanəsinin keçidini açıqladı

Kanada millisinin və "Yuventus"un hücumçusu Conatan Devid karyerasını İspaniyada davam etdirəcək.

Fanat.Az xəbər verir ki, "Atletiko Madrid" onun transferini rəsmən açıqlayıb.

26 yaşlı forvard 2026/27 mövsümünü icarə əsasında Madrid nəhəngində keçirəcək.

Klublar icarənin maliyyə şərtlərinin təfərrüatlarını açıqlamır. Bununla belə, KİV "Atletiko"nun oyunçunu 25 milyon avroya almaq hüququ ilə icarəyə götürdüyünü iddia edib. 

Devid 2025-ci ilin yayından "Yuventus"dadır. O, əvvəllər beş mövsüm "Lill"də oynayıb. 

Conatan Turin klubunda 47 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

O, üçü son mundialda olmaqla, 42 qolla Kanada millisi tarixinin ən çox qol vuran oyunçusudur.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər