"Millimiz səfərdə Litva ilə heç-heçə (1:1) etsə də, oyun baxımından rəqibindən üstün göründü və qalib gəlməliydi". Bu sözləri Fanat.Az -a açıqlamasında 1-ci Liqa təmsilçisi "Şahdağ Qusar"ın baş məşqçisi Füzuli Məmmədov deyib. Təcrübəli mütəxəssis UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda mübarizə aparan və bu gün Lixtenşteyn yığmasını qəbul edəcək Azərbaycan seçməsinin qrup qalibi olmaq perspektivini dəyərləndirib: "Açığı, bizimkilərin daha çox müdafiə olunaraq əks-hücumlar quracağını düşünürdüm. Amma komandamız Kaunasda dominant futbol sərgilədi. Millimiz hesabı bərabərləşdirəndən sonra ikinci qolu da vura bilərdi. Real imkanlarımız oldu. Rəqibin müdafiə xəttinin əzmkarlığı bəzi epizodları qola çevirməyimizə imkan vermədi. Bu gün evdə Lixtenşteynlə, 3 gün sonra yenə öz meydanımızda Latviya ilə üz-üzə gələcəyik. Litvadakı oyuna nəzərən millimizin evdə daha inamlı təsir bağışlayacağını söyləmək olar. Əlbəttə, üçgündənbir matça çıxmağın öz çətinlikləri var. Amma komandamızın heyətində oyunçu sayı kifayət qədərdir. Məşqçilər korpusunun bu məqamı nəzərə aldığına və müəyyən rotasiyalar ediləcəyinə əminəm. İnanıram ki, millimiz evdə həm Lixtenşteyni, həm də Litvanı məğlub edəcək". Nihat
"İnanıram ki, millimiz evdə həm Lixtenşteyni, həm də Litvanı məğlub edəcək"
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev