İkinci Liqada mövsüm start götürür

İkinci Liqada mövsüm start götürür

Azərbaycan 2-ci Liqasında mövsüm bu gün başlayır.

Fanat.Az xəbər verir ki, çempionatın açılış oyunu Zaqatalada baş tutacaq.

Adını dəyişərək "Şəki" adlanacaq "Şəki Siti" "Ağdaş"ı qəbul edəcək. Oyun saat 16:00-da başlayacaq.

Bu gün daha iki oyun keçiriləcək ki, "Qaradağ Lökbatan" "Haypers"i, "Şirvan" isə "Kür-Araz"ı sınağa çəkəcək.

Qeyd edək ki, turun qalan 3 oyunu sabah keçiriləcək.

2-ci Liqa 1-ci tur 1 sentyabr 

“Şəki” – “Ağdaş” Hakimlər: Samir Musayev, Ağadur Mahmudov, Elvin Mədətov, Elçin Abdullayev. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Yavər Rəhimov. Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

“Qaradağ Lökbatan” – “Hypers” Hakimlər: Nahid Xasıyev, Rizvan Süleymanov, Təhmin Cəlilbəyli, Nəriman Ağayev. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: Bəhram Qurbanov. Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu, 17:00.

“Şirvan” – “Kür-Araz” Hakimlər: Kamil Aydınov, Ruslan Məmmədov, Samir Cabbarov, Sənan Bayramzadə. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Kifayət Mustafayeva. Şirvan. Olimpiya İdman Kompleksinin stadionu, 17:00.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər