İkinci Liqada hakim çatışmazlığı var? - Yeni başlayan marafonda "Marafon"un "tanışlar"ı

İkinci Liqada hakim çatışmazlığı var? - Yeni başlayan marafonda "Marafon"un "tanışlar"ı

İkinci Liqada mövsümün yeni başlasa da, artıq indidən bir hakimin ardıcıl ikinci dəfə eyni komandanın oyununa təyinat alması halı baş tutub.

Fanat.Az-ın məlumatına görə, bu, liqanın debütantı "Marafon"un oyununda reallaşıb.

Konkret, ötən həftə startı verilən çempionatın açılış turunda Sabirabad təmsilçisinin "Şəmkir"lə səfər oyununa yan xətt hakimi kimi təyinat alan Cavid Ömərovun 2-ci turda da sözügedən komanda ilə yolu  kəsişəcək. O, bu gün keçiriləcək "Marafon" - "Difai" matçında da eyni funksiyanı yerinə yetirəcək. Maraqlıdır ki, bugünkü oyunun digər laysmanı Ruslan Babayev də ötən həftə baş tutan "Şəmkir" - "Marafon" qarşılaşmasının baş hakimi Rəsul Babayevin qardaşıdır. 

Sözsüz ki, eyni hakimin çempionatın startında bir komandanın ardıcıl iki oyununa təyinat alması haqlı irad doğurur. Nəzərə alsaq ki, "Marafon" ilk turda xal itirib, bu məqamdan yapışaraq etiraz bildirsə, haqsız sayılmaz. Ümid edək ki, qeyd etdiyimiz məqam gələcəkdə Hakimlər Komitəsinin diqqətindən yayınmayacaq.

Mirağa   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər