İkinci Liqa: Tur mərkəzi oyunla start götürür

İkinci Liqa: Tur mərkəzi oyunla start götürür

Bu gün Azərbaycan 2-ci Liqasında 2-ci tur start götürür.

Fanat.Az xəbər verir ki, ilk gündə 2 matç baş tutacaq.

Tur mərkəzi oyunla başlayacaq. Çempionluğa iddialı iki komanda - "Qaradağ Lökbatan" ilə "Şirvan" birincilərin meydanında üz-üzə gələcəklər. Günün digər qarşılaşmasında isə "Ağdaş" "Şəmkir"i qonaq edəcək.  Qeyd edək ki, "Şirvan" ilk turda "Kür-Araz"ı 6:1, "Qaradağ Lökbatan" isə "Hypers"i 2:1 hesabı ilə məğlub edib.

İki günə sığacaq turun daha 4 oyunu (“Dinamo” – “Zəngəzur”, “Marafon” –“Difai”, “Kür-Araz” – “Şəki”, “Hypers” – “Ağstafa Gəncləri”) sabah keçiriləcək.

Azırbaycan 2-ci Liqası 2-ci tur 7 sentyabr 

16:00. “Qaradağ Lökbatan” – “Şirvan” Hakimlər: Nəriman Ağayev, Hüseyn Vəliyev, Təhmin Cəlilbəyli, Samir Musayev Hakim-inspektor: İmanxan Sultani Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu.

16:30. “Ağdaş” – “Şəmkir” Hakimlər: Rasim Musayev, Ruslan Məmmədov, İlkin Mustafazadə, İlqar Əhmədov Hakim-inspektor: Munis Abdullayev Ağdaş. Şəhər stadionu. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər