İkinci Liqa: 2-ci tura yekun vurulur

İkinci Liqa: 2-ci tura yekun vurulur

Bu gün Azərbaycan 2-ci Liqasında 2-ci tura yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, dünən iki oyunla start götürən turun 4 görüşü bu gün baş tutacaq.

Bakıda təşkil olunacaq yeganə oyun digərlərindən yarım saat tez - saat 16:00-da başlayacaq ki, "Dinamo" Binədə "Zəngəzur"u sınağa çəkəcək. Bundan başqa, "Marafon" Şamaxıda "Difai"ni, "Kür-Araz" Saatlıda "Şəki"ni, "Hypers" isə Bərdədə "Ağstafa Gəncləri"Ni qəbul edəcək.

Qeyd edək ki, ötən gün baş tutan oyunlarda "Şirvan" “Qaradağ Lökbatan”ı 3:2 hesabı ilə yenib, "Şəmkir" isə "Ağdaş"ı 1:0 üstələyib.   2-ci Liqa 2-ci tur 8 sentyabr 

16:00. “Dinamo” – “Zəngəzur” Hakimlər: Mehdi Yusifov, Rizvan Süleymanov, Samir Cabbarov, Məleykə Məmmədova. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Novruz Əzimov. Binə qəsəbə stadionu.

16:30. “Marafon” –“Difai” Hakimlər: Vaqif Vəliyev, Ruslan Babayev, Cavid Ömərov, Ləman Əmirli. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Məmmədəli Məmmədov. Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.

16:30. “Kür-Araz” – “Şəki” Hakimlər: Elçin Abdullayev, Elvin Mədətov, Ağadur Mahmudov, Yasin Cəbizadə. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Rüfət Əmirov. Saatlı. Olimpiya İdman Kompleksinin stadionu.

16:30. “Hypers” – “Ağstafa Gəncləri” Hakimlər: Sənan Bayramzadə, Əkbər Əliyev, Sadiq Əliyev, Rəsul Babayev. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Mübariz Hüseynov. Bərdə şəhər stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər