"Qalatasaray" ilə müqaviləsi başa çatdıqdan sonra "sarı-qırmızılar"la yollarını ayıran Mauro İkardi hələ yeni bir klubla razılığa gəlməyib. Fanat.Az xəbər verir ki, karyerasının növbəti mərhələsi maraq doğuran argentinalı ulduz sosial media hesabında diqqətçəkən bir paylaşım edib. Fərdi məşqlərindən görüntülər paylaşan 33 yaşlı hücumçu gələcəyi ilə bağlı heç bir narahatlığının olmadığını bildirib. Mauro İkardinin paylaşımında aşağıdakı fikirlər yer alıb: "İnsanlar işsizliyi uğursuzluqla səhv salırlar. Mən isə bunu həyatımı qaydasına salmaq adlandırıram. Onlar müqaviləsiz olmağı seçim imkanının olmaması ilə qarışdırırlar, mən isə bunu seçim azadlığı adlandırıram. Öz vaxtıma sahib olmaq və gələcəyimi təmin etmək üçün çalışmışam. İşləməyi dayandırsam belə, həyatım eyni şəkildə davam edərdi. İnsanların mənim üçün niyə narahat olduqlarını anlamıram. Sülh, harmoniya və sevgi içində yaşayın. Mənim artıq hər şeyim var". "Qalatasaray"ın heyətində dörd mövsüm keçirən Mauro İkardi Türkiyə nəhəngi ilə çıxdığı 134 oyunda 77 qol vurub və 25 məhsuldar ötürmə edib. Əlisahib İbrahimli
İkardi futboldan doyub? - "Artıq hər şeyim var"
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev