I Liqa: Mingəçevirdə məhsuldar heç-heçə, "Gəncəbasar"dan çətin qələbə

I Liqa: Mingəçevirdə məhsuldar heç-heçə, "Gəncəbasar"dan çətin qələbə

Azərbaycan 1-ci Liqasında ilk tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, açılış turunun ikinci oyun günündə 2 görüş keçirilib.

"Şimal" iddialı "Gəncəbasar"a məğlub olub, "Mingəçevir" isə doğma meydanda "Zaqatala" ilə xalları bölüşüb.

Qeyd edək ki, 1-ci turun dünən keçirilən oyunlarında MOİK “Şahdağ Qusar”a uduzub (0:1), “Baku Sportinq” “Karvan-Yevlax”la bacarmayıb (0:3), “Xankəndi” ilə “Səbail” isə heç-heçəyə (1:1) razılaşıblar.

Azərbaycan 1-ci Liqası 1-ci tur 4 sentyabr 

“Şimal” – “Gəncəbasar” 1:2

Qollar: N.Osmanov, 42. - D.Açimi, 16, 76. Hakimlər: Emin Əliyev, Taleh Məmmədov, Elmin Süleymanov, Maqsud Şamıyev Hakim-inspektor: Rövşən Əhmədov AFFA nümayəndəsi: Asif Əliyev Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu. 17:00. 

“Mingəçevir” – “Zaqatala” 2:2

Qollar: R. Hüseynov, 18. C.Şahbazlı, 54. - B.Köçərli-pen, 45+4. R.Nağıyev, 83. Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Zakir Şükürzadə, Ceyhun Hüseynov. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Seymur Səlimli. Mingəçevir. Y.Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança). 17:00.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər