"Bu qəbər hücum etməyimizdən, qol vurmağımızdan razıyam”. Fanat.Az xəbər verir ki, bu sözləri “Fiorentina”nın baş məşqçisi Paulo Souza söyləyib.
46 yaşlı portuqaliyalı mütəxəssis Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. O, 5:1 hesablı qələbədən sonra bunları deyib: “Bu gün Kaliniç-Babakar duetinin oyun dinamikası gözəl idi. Amma bu, həm də rəqibin çıxışından asılıdır. Saratenin də uğurlu çıxışına görə şadam. O, məni sevindirdi. Kristoforo da yaxşı oynadı. Biz xeyli qol vəziyyəti yarada bilən rəqibə qarşı oynayırdıq. Bu gün futbolçularım məni dünyanın ən xoşbəxt məşqçisi etdi".
Fanat.Az