Fil Dişi Sahilindən olan futbolçular Azərbaycan klubu ilə müqavilə bağladılar

Fil Dişi Sahilindən olan futbolçular Azərbaycan klubu ilə müqavilə bağladılar

Fil Dişi Sahilindən olan futbolçular - Mustafa Niambele və Oboci Kristian-Joel Qberi karyeralarını Azərbaycanda davam etdirəcəklər. Sözügedən oyunçular 1-ci Liqa təmsilçisi "Şimal" ilə müqavilə bağlayıblar. Bu barədə Fanat.Az -a Xaçmaz təmsilçisinin çalışdırıcısı Tural Cəlilov məlumat verib: "Gözlədiyimiz oyunçularla müqavilə bağlamışıq. Hər ikisi Fil Dişi Sahilindəndir. Biri Mustafa Niambele, o biri Oboci Kristian-Joel Qberidir. 2007-ci il doğumludurlar, 19 yaşları var. Biri vinger, digəri dayaq yarımmüdafiəçisidir. Qarşıdakı matçlarda komandaya kömək edəcəklər. Yaxşı performansla yadda qalacaqlarına inanırıq". Qeyd edək ki, ilk 3 turda 1 xal qazanan "Şimal" hazırda 1-ci Liqanın turnir cədvəlinin 9-cu pilləsində mövqe tutub. Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər