Dünən 19 yaşadək Azərbaycan millisi yoxlama oyununa çıxan 1-ci Liqa komandası "Gəncəbasar" 2:2 hesablı heç-heçə ilə yadda qaldı. Gəncə təmsilçisinin baş məşqçisi Elhad Nəziri oyunla bağlı fikirlərini Fanat.Az -a bölüşdü: "Çalışdıq ki, futbolçuların hamısına oynamaq imkanı yaradaq. Hər birinin oyun yükünü alması vacib idi. Fasilə dönəmində həm taktiki, həm fiziki durumumuzu yaxşılaşdırmaqda qərarlıyıq. İki qol vurduq, eyni sayda qol buraxdıq. Bu, futbolda olan şeylərdir. Əsas odur ki, futbolçulardan istədiyimi ala bildim. Mənim üçün ən önəmlisi futbolçuların yüklənməsi idi. U-19-un baş məşqçisi Elgiz Kərəmli Azərbaycan futbolunun ən savadlı gənc kadrlarından biridir. Onu milliyə baş məşqçi təyin olunması münasibəti ilə sizin saytınız vasitəsi ilə təbrik edirəm. Çox doğru qərar veriblər. Belə mütəxəssislərə şans vermək, şərait yaratmaq lazımdır. Rəqib yaxşı komanda olduğunu meydanda göstərdi. Ümid edirəm ki, bu kollektiv gələcəkdə daha yaxşı performans sərgiləyərək hamımızı sevindirəcək. Aşağı yaş qrupu üzrə yığmalar nə qədər çox inkişaf etsələr, gələcəkdə əsas millimiz bir o qədər güclənər". Nihat
"Əsas odur ki, futbolçulardan istədiyimi ala bildim" - Nəziri məhsuldar bərabərliyi şərh etdi
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev