Dünən Azərbaycan və Şotlandiya U-21 yığmaları qarşılaşıb (2:5). "Ərzurumspor"un futbolçusu Nəriman Axundzadə millimizin heyətində çıxış edib. O, görüşdə U-21-in ilk qolunun müəllifi olub. Forvard matçla bağlı fikirlərini bölüşüb. "Qarabağ"ın sabiq hücumçusunun Fanat.Az -a açıqlaması belə olub: “Bizim üçün gözəl təcrübə oldu, belə komandalara qarşı oynamaq xoşdur. Komanda kimi inkişaf edirik. Qol barədə deyə bilərəm ki, həmişə çalışıram fərqlənib komandama kömək edim. Beş gün sonra da vacib oyundur, məqsədimiz yaxşı hazırlaşıb qələbə əldə etmək, U-21 yaş qrupundakı rekordu təzələməkdir. Əsas millidən hər zaman dəvət gözləyirəm. Dəvət etsələr, əlimdən gələni etməyə hazıram. “Ərzurumspor”la bağlı hər şey qaydasındadır. Yeni komandama uyğunlaşmağa çalışıram. Vaxt keçdikcə daha da yaxşıya doğru gedəcək”. Əlisahib İbrahimli
"Əsas millidən hər zaman dəvət gözləyirəm" - Nəriman Axundzadə
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev