Emin Mahmudov "Qarabağ"la bağlı yekun qərarını verdimi? - SON DURUM

Emin Mahmudov "Qarabağ"la bağlı yekun qərarını verdimi? - SON DURUM

"Qarabağ"ın heyətinə qatmaq istədiyi Emin Mahmudovun növbəti mövsümə harada başlayacağı yerli futbol ictimaiyyətini maraqlandıran əsas məqamlardan biridir.

Fanat.Az-ın əldə etdiyi son məlumata görə, mövsümü titulsuz başa vuran "ağ-qaralar"ın kapitanı bu günədək qərarını qətiləşdirməyib.

Emin həm Ağdam təmsilçisi, həm də Bakı klubunun rəsmiləri ilə danışıq aparıb və hazırda gözləmə mövqeyindədir. Belə ki, "Neftçi" yalnız qeyri-müəyyənliyə aydınlıq gələndən sonra Eminin tələb etdiyi yüksək maddi şərtlər fonunda onunla müqavilə yeniləyə bilər. Yəni bakılıların Eminlə bağlı planları klubun əsas sponsorunun - SOCAR-ın verəcəyi qərardan asılıdır. Ən geci yaxın bir həftə ərzində klubun növbəti mövsüm üçün büdcəsi müəyyənləşəcək ki, bu da öz növbəsində Mahmuov məsələsini nöqtələyəcək. Başqa sözlə, büdcə artırılmasa, "ağ-qaralar" liderini itirəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər