Elnur Mirzəyevin yeni iş yeri bilindi

Elnur Mirzəyevin yeni iş yeri bilindi

İkinci Liqa təmsilçisi "Şirvan" növbəti transferini reallaşdırıb.

Bunu Fanat.Az-a komandanın baş məşqçisi Pərviz Bayramov bildirib.

Bölgə təmsilçisi müdafiəçi Elnur Mirzəyevi heyətinə cəlb edib.

23 yaşlı futbolçunun son klubu "Mingəçevir" olub. O, sözügedən komandada 11 matça çıxıb. Mərkəz müdafiəçisi bundan əvvəl "Baku Sportinq"də, o cümlədən MOİK-də də forma geyib.

Qeyd edək ki, "Şirvan" 2-ci Liqada debüt etdiyi ötən mövsümü 4-cü yerdə başa vurub. Bölgə təmsilçisi 2026/27 mövsümündə mükafatçı yerlərdən birini tutmağı hədəfləyir. Klub yay dönəmində heyətini Amil Yunanov, Bəxtiyar Soltanov, Aqşin Paşayev, Kamran Qürbətov, Əmrah Bulud, Mehman Nəsirov, Qədir Həsənov, Nurlan İsayev, Novruz Rəhimov, İbrahim İbrahimli kimi futbolçularla güclənib.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər