Elmar Baxşıyev "Turan Tovuz"a məğlubiyyəti şərh etdi

Elmar Baxşıyev "Turan Tovuz"a məğlubiyyəti şərh etdi

Misli Premyer Liqasının 34-cü turu çərçivəsində keçirilmiş “Araz-Naxçıvan” - “Turan Tovuz” matçından sonra meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında belə deyib:

“Hər iki komandanın ifasında maraqlı oyun izlədik. Futbolçular meydanın hər zonası uğrunda mübarizə apardılar. Artıq neçənci oyundur ki, qol epizodları yaradır, amma realizə edə bilmirik. Əvəzində sadə vəziyyətdən qapımızda qol görürük. Dəyişilməli çox şey var, lakin komandanın özəyini də saxlamalıyıq. Qarşıda iki oyunumuz qalıb, həmin matçları düşünməliyik.

Epizodları niyə dəyərləndirə bilmədik? Bəzən futbolçudan konsentrasiya, bəzən isə soyuqqanlı davranmaq tələb olunur. “Araz-Naxçıvan” Premyer Liqada yenidir, daha da yaxşı olmağı lazımdır”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər