Elmar Baxşıyev "Araz-Naxçıvan"la matçda onları oynada bilməyəcək

Elmar Baxşıyev "Araz-Naxçıvan"la matçda onları oynada bilməyəcək

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Qəbələ" "Araz-Naxçıan"la qarşılacaq. Muxtar Respublika təmsilçisini qəbul edəcək "qırmızı-qaralar" görüşə itkilərlə çıxacaqlar. 

Bunu Fanat.Az-a açıqlamasında meydan sahiblərinin sözçüsü Asəf Zeynallı deyib:

"Bauk Klesio və  Ahmed Ayzaya oyunu buraxacaqlar. Hər iki oyunçu bərpa prosesi keçir. Cəzalı duruma düşən isə Lukas Afrikodur. O, "Araz-Naxçıvan" la ilk oyunda qırmızı vərəqə alıb".

Qeyd edək ki, tərəflərin ilk qarşılaşması 1:1 hesabı ilə yekunlaşıb. Sabah reallaşacaq "Qəbələ"- "Araz-Naxçıvan" görüşü 16:00-da start götürəcək. 

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər