Ekvador millisi argentinalı məşqçiyə tapşırıldı

Ekvador millisi argentinalı məşqçiyə tapşırıldı

Ekvador Futbol Federasiyası milli komandanın yeni baş məşqçisinin adını açıqlayıb.

Fanat.Az xəbər verir ki, qurumun mətbuat xidməti Marselo Qalyardonun təyinatını elan edib.

50 yaşlı argentinalı mütəxəssisin müqaviləsinin müddəti 2028-ci il Amerika Kuboku və 2030-cu il dünya çempionatını əhatə edən dövr üçün nəzərdə tutulub.

Qalyardonun son iş yeri bu ilin fevral ayında ayrıldığı "River Pleyt" olub. O, əvvəllər "Əl-İttihad" və Uruqvay millisini, həmçinin, ilk dəfə 2014-cü ildən 2022-ci ilə qədər "River Pleyt"i çalışdırıb.

Sebastian Bekkasesenin rəhbərlik etdiyi Ekvador millisi DÇ-2026-da 1/16 finala yüksəlib və burada Meksikaya 0:2 hesabı ilə məğlub olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər