Əfsanəvi Useyn Boltun restoranı yanıb kül oldu - VİDEO

Əfsanəvi Useyn Boltun restoranı yanıb kül oldu - VİDEO

Fanat.Az xəbər verir ki, informasiyanı "Metro.co.uk" yayıb. 

Yanğın gecə radələrində baş verib və yanğınsöndürmə briqadası gələnə qədər artıq üst mərtəbəni alov bürüyüb. Yanğınsöndürənlər ciddi fəsadların qarşısını ala bilməyiblər.

Kafeteriya, bar, tualetlər və ofis sahələrinə ciddi ziyan dəyib. Yanğının şiddətinə baxmayaraq, xəsarət alan olmayıb.

"Tracks & Records" 2018-ci ildə açılıb və Yamaykanın ən işlək turizm dəhlizlərindən biri olan "Hip Strip"də yerləşir.

Üç Olimpiya Oyunlarında səkkiz qızıl medal qazanaraq əla karyeraya sahib olan 39 yaşlı Bolt 2009-cu il Dünya Çempionatında 100 metr məsafəni 9,58 saniyəyə qət edərək dünya rekordunaimza atıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər