“Arsenal”ın hücumçusu Viktor Dyökereş yay transfer pəncərəsində klubdan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Fanat.Az xəbər verir ki, informasiyanı "The Standard" yayıb. Məlumata görə, İsveçli futbolçu bildirib ki, onun üçün “Arsenal”da qalmaq məsələsi heç vaxt sual altında olmayıb. Dyökereş qeyd edib ki, Londonda qalmaqdan çox məmnundur. "Mənim üçün qalmaq bəlli idi. Klubda özümü çox xoşbəxt hiss edirəm", - Dyökereş deyib. 28 yaşlı forvard eyni zamanda bu mövsüm az oyun vaxtı almasından narazı olduğunu etiraf edib. O, mütəmadi oynamaq və komandaya qolları ilə kömək etmək istədiyini bildirib. Dyökereş hazırda hücum xəttində Kay Havertslə rəqabət aparır. Futbolçunun sözlərinə görə, yayda onun "Arsenal"dan ayrılacağı ilə bağlı müxtəlif xəbərlər yayılsa da, özü belə bir transferi ciddi şəkildə nəzərdən keçirməyib. Əlisahib İbrahimli
Dyökereş "Arsenal"dan ayrılacaq? - Özü açıqladı
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev