Daninin durumu qətiləşdi - "Qarabağ"dan üzücü açıqlama

Daninin durumu qətiləşdi - "Qarabağ"dan üzücü açıqlama

Topaz Premyer Liqanın 16-cı turunun AZAL – “Qarabağ” oyununda ciddi zədə alan Ağdam klubunun legioneri Dani Kintananın son durumu müəyyənləşib.

Tibbi müayinədən keçən 30 yaşlı yarımmüdafiəçinin diz bağlarının qırıldığı qətiləşib. Gözlənildiyi kimi, bu səbəbdən ispan futbolçu ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacaq. Onun yaxın vaxtlarda əməliyyat olunacağı gözlənilir.

Beləliklə, Dani üçün Topaz Premyer Liqasının 2016/17 mövsümün erkən başa çatıb. Bundan başqa, “Qarabağ” avrokuboklara vəsiqə qazanacağı təqdirdə, Dani ilkin mərhələnin bəzi oyunlarını da buraxacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər