Daha bir türk klubu "Qarabağ"ın futbolçusuna elçi düşdü

Daha bir türk klubu "Qarabağ"ın futbolçusuna elçi düşdü
Daha bir türk klubu "Qarabağ"ın futbolçusu Reynaldo Silvaya elçi düşüb. Fanat.Az ajansspor.com-a istinadən xəbər verir ki, Super Liqada çıxış edən "Adanaspor" braziliyalı futbolçunu heyətinə qatmaq istəyir.
Baş məşqçi Levent Şahinin istəyi ilə hücumçu alacaq Adana klubu Reynaldonu transfer siyahısına salıb. Ötən həftə Reynaldonun "Gənclərbirliyi"nin maraq dairəsinə düşməsi barədə xəbər yayılmışdı.
Qeyd edək ki, "Adanaspor" 16 turdan sonra 10 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər