Daha bir Qarabağ qazisi dünya çempionatına lisenziya qazandı

Daha bir Qarabağ qazisi dünya çempionatına lisenziya qazandı

Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə yığmasının üzvü Ömər Bozbaxov İsveçrənin Notvil şəhərində keçirilən qran-pridə iştirak edib.

Fanat.Az xəbər verir ki, o, nüvə itələmə üzrə 11.96 metr nəticə göstərərək 2-ci yerə sahib çıxıb.

Bununla qazi idmançımız iyul ayında Fransanın paytaxtı Paris şəhərində keçiriləcək atletika üzrə dünya çempionatına lisenziya qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər