Daha 3 referi "siftə etdi", vərəqə sayında rekord qeydə alındı - Hakimliyin mənzərəsi

Daha 3 referi "siftə etdi", vərəqə sayında rekord qeydə alındı - Hakimliyin mənzərəsi

Misli Premyer Liqasında 4-cü tura yekun vurulub. Cari mövsüm daha üç hakim elitada oyuna çıxıb. Cavid Cəlilov "Qarabağ" - "Araz-Naxçıvan", Kamranbəy Rəhimov "Turan Tovuz" - "Sumqayıt", Vüqar Həsənli isə "Kəpəz" - "Şamaxı" qarşılaşmasına təyinat alıb. Beləliklə, keçirilən 22 oyunda ("Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Kəpəz" görüşləri təxirə salınıb) 15 referi iş başında olub. Başqa sözlə, elita üçün təsdiqlənən 15 ədalət təmsilçisinin hamısı debüt şansı qazanıb. 

Fanat.Az-ın hesablamasına görə, son turda Əliyar Ağayev, İnqilab Məmmədov, Rauf Cabbarlı, Cavid Cəlilov, Kamranbəy Rəhimov və Vüqar Həsənli oyun idarə edib.

Dörd turdan sonra təyinat sayı baxımından 7 hakim - Əliyar Ağayev, Kamal Umudlu, Tural Qurbanov, Rauf Cabarov, Fərid Hacıyev, Rəvan Həmzəzadə və İnqilab Məmmədov öndədir. Adıçəkilən hakimlər 2 dəfə oyunlara ezam olunublar.

Bu turda qırmızı vərəqə alan futbolçu olmayıb. "Sarı"lara gəlincə, hakimlər rekord sayda - 33 vərəqədən (orta hesabla hər oyuna 5,5) istifadə ediblər. Qeyd edək ki, 1-ci turda bu rəqəm 24, 2-ci və 3-cü turun hər birində 17 olub. Bundan başqa, 1-ci turda 1, 3-cü turda 2 futbolçu meydandan qovulub. 

Dördüncü turda göstərilən 33 sarı vərəqədən 17-si meydan sahiblərinə, 16-sı isə qonaq komandanın oyunçularına göstərilib. İlk 4 tur ərzində müvafiq göstərici belədir: 42 sarı (1 qırmızı) - 49 sarı (2 qırmızı). 

Beləliklə, 4 turun yekununda sarı vərəqə sayı 91-ə çatıb. Nəticədə ümumi vərəqə sayı 94-ə bərabər olub. Bu da orta hesabla hər turda 23,5, hər oyunda təxminən 4,3 vərəqə deməkdir.  

Dörd tur ərzində FİFA referisi Kamal Umudlu o birilərdən çox əlini cibinə atıb. O, 12 vərəqədən istifadə edib ki, bunun 1-nin rəngi qırmızı olub. Onu bu tur ("Kəpəz" - "Şamaxı") 10 sarı vərəqədən yararlanan Vüqar Həsənli təqib edir. 

Kamal Umudlu - 2 oyun

meydan sahibi    6 sarı    1 qırmızı qonaqlar    5    0 cəmi:    11   1

Fərid Hacıyev - 2 oyun

meydan sahibi   3      0  qonaqlar            3      1 cəmi:                 6       1

İnqilab Məmmədov - 2 oyun

meydan sahibi 3   0 qonaqlar    4    0 cəmi:    7    0

Əliyar Ağayev - 2 oyun

meydan sahibi    3          0  qonaqlar             3          0 cəmi:                  6          0

Rəvan Həmzəzadə - 2 oyun

meydan sahibi    0    0 qonaqlar    4    0 cəmi:    4    0

Tural Qurbanov - 2 oyun

meydan sahibi 3   0 qonaqlar    1    0 cəmi:    4    0

Rauf Cabarov - 2 oyun

meydan sahibi 5   0 qonaqlar    4    0 cəmi:    9    0

Vüqar Həsənli - 1 oyun 

meydan sahibi 6   0 qonaqlar    4    0 cəmi:   10    0

Kamranbəy Rəhimov - 1 oyun 

meydan sahibi 4   0 qonaqlar    4    0 cəmi:   8      0

Elçin Məsiyev - 1 oyun

meydan sahibi 2   0 qonaqlar    3    1 cəmi:    5    1

Əli Əliyev - 1 oyun

meydan sahibi    1          0  qonaqlar             5          0 cəmi:                  6          0

Cavid Cəlilov - 1 oyun

meydan sahibi 1   0 qonaqlar    3    0 cəmi:   4      0

Rəşad Əhmədov - 1 oyun

meydan sahibi   2      0  qonaqlar            2      0 cəmi:                 4       0

Elvin Bayramov - 1 oyun

meydan sahibi  2    0 qonaqlar    2    0 cəmi:    4    0

Nicat İsmayıllı - 1 oyun

meydan sahibi 1   0 qonaqlar    2    0 cəmi:    3    0

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər