Dünən Azərbaycan millisi səfərdə Litva ilə qarşılaşıb. Tərəflər 1:1 hesabı ilə meydandan ayrılıblar. Yığmamızın sabiq baş məşqçisi Şahin Diniyevlə əlaqə saxlayıb Litvadakı matç barədə nə düşündüyünü soruşduq. Onun Fanat.Az -a açıqlaması belə olub: “Bərabər səviyyəli komandaların oyunu idi. Düşünürəm ki, hesab görüşə uyğun oldu. Hər iki tərəfdə istək və arzu çox olsa da, oyun keyfiyyəti baxımından nəzərəçarpan bir şey görə bilmədik. Sadəcə etibarlı müdafiə olunmağa çalışırdılar, hər iki komanda ehtiyatlı oynayıb uduzmamağa cəhd edirdi. Bu səbəbdən nəticəni ümumən normal sayıram. Qarşıda Litva ilə evdə matçımız da var, oyunqabağı uduzmamaq daha yaxşı idi. Ancaq bu o demək deyil ki, doğma meydanda rəqibi mütləq məğlub edəcəyik. Komandalar bir-birinə layiq, eyni səviyyədə olan rəqiblərdir. D liqasındayıqsa, deməli, səviyyə baxımından eyniyik. Baxmayaraq ki, Litva UEFA reytinq cədvəlində bizdən bir neçə pillə geridədir, hər iki komandanın qələbə qazanmaq şansı var idi. Hesab oyuna görə oldu və düşünürəm ki, qrupdakı birinci yerin taleyini elə Litva ilə Bakıdakı görüş həll edəcək. Şanslar yenə də bərabərdir. Sərgilənən matça baxdıqda demək olar ki, hücumların qurulmasında, keyfiyyət və oyun planında "axsamalar" çoxdur. Müdafiədə bəlkə də stabil oynaya bilirlər, lakin hücum qurmaqda çətinlik çəkirlər. Az qol vurulması da bundan irəli gəlir. Birinci yeri tutmaq məsələsinə gəlincə, bilirsiniz ki, UEFA-nın bu reqlamenti və formatı ləğv edəcəyi gözlənilir. Artıq B, C, D kimi liqalar olmayacaq, Millətlər Liqasında yeni təsdiqlənmiş formata keçəcəklər. Bu səbəbdən hazırkı keçidlərin elə bir böyük önəmi olmayacaq. Bəlkə xal və əmsal yığmaq baxımından milli üçün xeyirlidir, lakin gələcəkdə D liqasından C liqasına keçid formatını görməyəcəyik. Əsas məsələ oyun keyfiyyəti idi, bunu da hər iki komandada görə bilmədik. Səbəblərini baş məşqçilər daha yaxşı bilər. Hal-hazırda gördüyümüz matç D liqasına və elə heç-heçəyə layiq bir oyun idi. Əlbəttə, itkilər də çox idi, hətta olduqca çox idi. Statistika da göstərir ki, topa sahib olma faizinə görə hər iki komanda bərabər idi. Hər iki komandada hücumların qurulmasında böyük problemlər var idi. Hücumların təşkilində və yekunlaşdırılmasında keyfiyyət baxımından "axsamalar" çox idi. Bu baxımdan vəziyyəti düzəltmək üçün hələ görüləsi çox iş var. Millimizə uğurlar arzulayıram”. Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu oktyabrın 1-də Bakıda Lixtenşteynə qarşı keçirəcək. Əlisahib İbrahimli
"D liqasına və heç-heçəyə layiq oyun idi" - Şahin Diniyev
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev