Cavid Hüseynov "Turan Tovuz"dan ayrıldı

Cavid Hüseynov "Turan Tovuz"dan ayrıldı

"Turan Tovuz" baş məşqçinin köməkçisi Cavid Hüseynovla yollarını ayırıb. 

Fanat.Az xəbər verir ki, bu barədə qərb təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Gənc məşqçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Klub Cavid Hüseynova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Cavidin "Səbail"in baş məşqçi postuna təyin olunacağı gözlənilir. 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər