CAS "Qarabağ"ın şikayətinə baxacaq - Tarix açıqlandı

CAS "Qarabağ"ın şikayətinə baxacaq - Tarix açıqlandı

“Qarabağ”ın UEFA-ya qarşı qaldırdığı iddiaya İdman Arbitraj Məhkəməsində (CAS) baxılacaq tarix bəlli olub.

Fanat.Az xəbər verir ki, qurumun iclası avqustun 29-da olacaq.

Vətən müharibəsi vaxtı Ağdam klubunun mətbuat xidmətinin o vaxtkı rəhbəri Nurlan İbrahimovun sosial şəbəkə hesabında etdiyi paylaşım səbəbindən UEFA "Qarabağ"ı 100 min avro məbləğində cərimələyib, İbrahimovun futbol fəaliyyətinə isə ömürlük qadağa qoyub. 

İbrahimov 2021-ci il yanvarın 19-da klubdan ayrılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər