1-ci Liqa təmsilçisi "Səbail" hazırlıqlarını davam etdirir. Çempionatın ilk üç turundan sonra yenilməyən üç komandadan biri olan "dənizçilər" 4-cü turda "Karvan-Yevlax"la çətin sınağa çıxacaq. "Səbail"in baş məşqçisi Elnur Abdullayev Fanat.Az -a açıqlamasında həm hazırlıq prosesini dəyərləndirib, həm də Yevlax təmsilçisi ilə qarşıdakı ev oyunu barədə fikirlərini bölüşüb: "Sentyabrın 21-dən məşqlərə start vermişik. Hər şey qaydasında gedir. Milli komandanın oyunlarına görə yaranan fasilədən maksimum yararlanmağa çalışırıq. Həm fiziki, həm taktiki boşluqları aradan qaldırmaq üzərində işləyirik. Yeni yaranmış, köklü dəyişiklər olmuş komandayıq. Yay fasiləsində uyğunlaşmanı və oyun sistemimizi oturuşmasını tam başa çatdıra bilməmişdik və indiki fasilə bu baxımdan faydalı oldu. Bu liqada ilk dəfə oynayan futbolçularımız var, onların adaptasiyasına mümkün qədər kömək etməyə çalışrıq. Oktyabrın 1-də və ya 2-də "Şimal"la yoxlama oyunumuz var. Görüşün vaxtını və yerini bu gün dəqiqləşdirməyə çalışacağıq. Fasilədən dərhal sonra - 4-cü turda isə bizi "Karvan-Yevlax"la ağır oyun gözləyir. Bütün diqqətimizi o oyuna yönəltmişik. Düşünürəm ki, komandam oyuna qədər tam hazır olacaq. Baxmayaraq ki, heyətdə zədəlilərimiz var. Vərəqə ilə bağlı problemimiz olmasa da, iki zədəlimiz var. Pərviz Azadovla Zeynəddin Abdurahmanovun da tezliklə komandaya qoşulacağına inanıram". "Səbail" 3 turdan sonra 7 xalla 3-cü yerdə qərarlaşıb. "Dənizçilər"i şərikli liderlər "Şahdağ Qusar" və "Gəncəbasar"dan 2 xal geri qalır. Mirağa
"Bütün diqqətimizi "Karvan-Yevlax"la oyuna yönəltmişik" - Elnur Abdullayev
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev