Bu yay böyük ümidlərlə gətirildiyi "Şəfa"dan ayrılan hücumçu İbrahim Əliyev hazırda "Karvan-Yevlax"ın uğurları üçün çalışır. 1-ci Liqanın ilk 2 turunda fərqlənməyi bacarmayan ön xətt oyunçusu 3-cü turda "Zaqatala"nı 3:0 hesabı üstələdikləri matçda dublla diqqət çəkdi. Yevlax təmsilçisinin hazırlıqlarına gec qoşulan forvardla əlaqə saxlayıb ona bir neçə sual ünvanladıq. İbrahimin Fanat.Az -ın əməkdaşı ilə dialoqu belə alındı: - "Karvan-Yevlax"a komanda hazırlığa başlayandan sonra qoşuldun. Hazırda özünü çempionata tam hazır sayırsanmı? - Bəli, özümü çempionata hazır sayıram. Hazırlıq prosesində getdikcə daha yaxşı vəziyyətə gəlirəm. Mənim üçün əsas məsələ oyun ritmini tam tutmaq və komandaya maksimum fayda verməkdir. Mövsüm ərzində daha da yaxşı formaya düşəcəyimə inanıram. - "Zaqatala"nı 3:0 hesabı ilə məğlub etdiyiniz matçda iki qol vurdun. Ümumiyyətlə, bu mövsüm qarşına təxmini neçə qol vurmağı məqsəd qoymusan? - Açığı, özümə limit qoymağı çox sevmirəm. Amma hücumçu kimi hər oyunda qol vurmaq və komandama kömək etmək istəyirəm. Bu mövsüm ən azı 15-20 qol vurmaq şəxsi hədəfimdir. - "Karvan" ilk 3 turda 6 xal qazanıb. Komandanın çempion olaraq yenidən elitaya qayıdacağına inanırsanmı? - Əlbəttə, çempionat hələ yeni başlayıb və qarşıda uzun yol var. İlk 3 turda 6 xal normal başlanğıcdır, amma bununla kifayətlənmək olmaz. - Millilərin oyunları ilə əlaqədar yaranan fasilədən sonra "Səbail" ilə üz-üzə gələcəksiniz. Bu matçda heç-heçə sizi qane edəcəkmi? - Biz hər oyuna qələbə üçün çıxırıq. Təbii ki, oyunun gedişindən çox şey asılıdır. "Səbail"ə qarşı matçda da məqsədimiz 3 xal qazanmaq olacaq. Oyun səfərdə keçirilsə də, komandamıza yaraşan futbolu oynamaq istəyirik. Nihat
"Bu mövsüm ən azı 15-20 qol vurmaq şəxsi hədəfimdir" - İbrahim Əliyev
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev