Bu futbolçu "Qarabağ"dan getdi - RƏSMİ

Bu futbolçu "Qarabağ"dan getdi - RƏSMİ

"Qarabağ" bir futbolçusu ilə yollarını ayırıb. Fanat.Az xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, klub Namiq Ələsgərovla qarşılıqlı anlaşaraq yollarını ayırıb. "Qarabağ" futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayırıb.

Qeyd edək ki, "Qarabağ" Namiq Ələsgərovu 2014-cü ildə "Bakı"dan transfer edib. 21 yaşlı yarımmüdafiəçi indiyədək Ağdam klubunda 41 oyun keçirib və 5 qol vurub. Ötən mövsüm icarə əsasında "Kəpəz"də çıxış edən futbolçu 15 oyunda 3 dəfə fərqlənib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər