"Biz peşəkar komanda deyilik" - Lixtenşteynin baş məşqçisi

"Biz peşəkar komanda deyilik" - Lixtenşteynin baş məşqçisi

Bu gün Azərbaycan və Lixteynşteyn milliləri üz-üzə gəlib. Fanat.Az xəbər verir ki, matç 0:0 hesabı ilə yekunlaşıb. Görüşdən sonra qonaqların baş məşqçisi Konrad Fyunfştyuk jurnalistlərin suallarını cavablandırıb: "AFFA-ya təşəkkürümü bildirirəm. İlk dəfə Azərbaycana gəlirəm. Çox gözəl şərait yaratdılar. Azərbyacanlıların qonaqpərvərliyi ilə tanış oldum". - Oyun başa çatandan sonra coşqu ilə bərabərliyi qeyd etdiniz. Bunun səbəbi nə idi? - 40 min əhalisi olan ölkə kimi biz favorit deyildik. Matça yaxşı hazırlaşmışdıq. Azərbaycan millisinin 20 milyon dəyəri var. Bu nəticə əldə etməyimiz bizi çox sevindirdi. - Sizin komandanızın da çoxlu şansları oldu. Bu barədə nə düşünürsünüz? - Nəticə hər iki komandaya bir xal gətirdi. Rəqibin də bizim də xeyli şanslarımız oldu. - Hücumda yaxşı çıxış etdiniz. Komandanın cəsarəti barədə nə deyə bilərsiniz? - Biz hər xala sevinirik. Şanslarımız oldu, istifadə edə bilmədik. Son 3 oyunun nəticələrindən razıyam. Təəssüf ki, şansları dəyərləndirə bilmədik. - Lixtenşteyn futbolçularının başqa sahələrdə çalışdıqları doğrudur? - Biz peşəkar komanda deyilik. Hər bir komanda kimi bizim də planlarımız olur. Oyunçularımız futboldan az qazanırlar və başqa sahələrdə çalışırlar. Futbolçularımız cəsarətlərini göstərdilər. Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər