Bəxtiyar Soltanovu debüt etmədən göndərdilər

Bəxtiyar Soltanovu debüt etmədən göndərdilər

Təcrübəli hücumçu Bəxtiyar Soltanov klubsuz qalıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, yayda 2-ci Liqa təmsilçisi "Şirvan"a transfer olunan forvard yeni klubunda rəsmi debüt etməyə macal tapmamış onunla yollar ayrılıb. 

 37 yaşlı forvarda müqaviləsinə xitam verilməsinə səbəb kimi, yaşının çoxluğunu bildiriblər. Maraqlıdır, Soltanovu cəmi 2 ay əvvəl komandaya götürəndə onun yaşına fikir verməmişdilər? Üstəlik, yayda yığılan heyətin bir çox üzvü məhz onun vasitəsilə "Şirvan"a keçməyə razılıq vermişdi.   

Xatırladaq ki, Bəxtiyar Soltanovun əvvəlki iş yeri ötən mövsüm Region Liqasında finalçı olan və hazırda 2-ci Liqada çıxış edən "Marafon" olub.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər